Dünya

ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər

25 Yanvar 2025 22:44
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın administrasiyası təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Meksika ilə sərhədə minlərlə hərbçi və zirehli texnika göndərə bilər.

Milli.Az xəbər verir ki, bu barədə "The Washington Post" Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

"Vaşinqton rəsmiləri ABŞ-Meksika sərhədinə minlərlə əlavə hərbçi, o cümlədən 20 tonluq "Stryker" döyüş maşınları ilə təchiz edilmiş piyadalar göndərməyə hazırlaşır", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, Meksika ilə sərhədə ABŞ ordusunun 82-ci hava-desant diviziyasının şəxsi heyəti də daxil olmaqla ümumilikdə 10 minə qədər hərbçi göndəriləcək. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.