Dünya

Bu ölkədə 9 yaşlı qızlarla evlilik rəsmiləşdi

22 Yanvar 2025 13:52
Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq parlamenti yanvarın 21-də azyaşlıların nikahını faktiki olaraq qanuniləşdirən qanun qəbul edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, dəyişiklik ölkədə İslam məhkəmələrinə ailə məsələlərində, o cümlədən evlilik və boşanmada yeni səlahiyyətlər verir.

Belə ki, İraqda qanunla əksər hallarda nikaha daxil olmaq üçün minimal yaş həddi 18 olaraq təyin edilib. Bununla belə, qəbul edilən dəyişikliklər din xadimlərinə öz rəylərinə uyğun qərar qəbul etmək imkanı verəcək. Sözügedən din xadimlərinin bəziləri isə qızların erkən yetkinlik yaşında, yəni 9 yaşından ailə qura biləcəyini hesab edir.

Aktivistlərin fikrincə, yeni qaydalar 1959-cu ildə ölkədə şəxsi status haqqında qəbul edilən qanunu pozur. Sözügedən qanun isə ailə hüququnu birləşdirir və qadınlar üçün təminatlar müəyyən edir.  

Qanun qəbul edilməzdən əvvəl, din xadimləri qızın atasının razılığı əsasında nikahı qeydə ala bilirdilər. Bununla belə, bu cür nikah rəsmi sayılmırdı.

Onu da qeyd edək ki, BMT-nin 2024-cü ilə olan məlumatına görə, İraqda qadınların təqribən 28 faizi yetkinlik yaşına çatmazdan əvvəl ailə qurur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.