İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının Rəfah şəhərindən texnikasını geri çəkməyə başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
"İsrail hərbçiləri öz texnikasını cənubdakı Rəfah şəhərinin mərkəzindən çıxarmağa başlayıblar", - nəşr yazıb.
Geri çəkilmənin Misirlə cənub sərhədi boyunca Filadelfiya dəhlizi adlanan ərazidə həyata keçirildiyi bildirilib./"report"
Milli.Az