Dünya

ChatGPT-nin qurucusu bacısını "dəli" adlandırdı - "Uşaq olanda mənə qarşı əxlaqsızlıq edib"

9 Yanvar 2025 10:44
Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ChatGPT-nin qurucusu Sam Altman bacısı Ann Altmanın ona qarşı irəli sürdüyü iddialarını rədd edib.

Milli.Az BBC-yə istinadla xəbər verir ki, ABŞ-nin Missuri ştatında 6 yanvar tarixində qaldırılan iddiada Ann Altman 1997-2006-cı illər arasında qardaşı Sam Altmanın ona qarşı əxlaqsızlıq etdiyini irəli sürüb. İddiada qeyd edilib ki, həmin vaxt Samın 12, uşağın isə 3 yaşı olub.

Ann Altman bu olayların onun fiziki zədələr almasına, ciddi emosional gərginlik və depressiya yaşamasına səbəb olduğunu bildirib. O, bu problemlər üçün aldığı fiziki və psixoloji müalicələrin xərclərinin ağır olduğunu vurğulayıb.

Məhkəmə sənədlərində sonuncu hadisənin Sam Altmanın yetkin yaşda, Ann Altmanın isə hələ yetkinlik yaşına çatmadığı dövrdə baş verdiyi iddia olunur.

Sam Altman anası və iki qardaşı ilə birlikdə yayımladığı birgə bəyanatda bütün iddiaların yalan olduğunu bildirib. Bəyanatda "Bu iddialar tamamilə əsassızdır. Zehni sağlamlıq problemləri olan ailə üzvünə qayğı göstərmək olduqca çətindir" ifadəsi yer alıb.

Altman bacısına hər ay maddi dəstək verdiyini, onun kirayəsini və xərclərini ödədiyini, hətta ev almağı təklif etdiyini, lakin bacısının daha çox pul tələb etməyə davam etdiyini iddia edib.

Sam Altman ailəsi ilə birlikdə bacısına dəstək olmaq üçün çox çalışdıqlarını, bu vəziyyətin onlara böyük acı yaşatdığını ifadə edib.

Qeyd edək ki, Sam Altman keçən il Oliver Mulherin ilə evlənib və hazırda texnologiya dünyasının ən nüfuzlu şəxslərindən biri hesab olunur. OpenAI şirkəti 2022-ci ildə ChatGPT-ni yaradıb. Ötən il Altman idarə heyəti tərəfindən o vəzifəsindən uzaqlaşdırılsa da, sonradan yenidən şirkət rəhbərliyinə qaytarılıb.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.