Efiopiyada ən güclüsü 5,8 bal olan silsilə zəlzələlərdən sonra təxliyə başlayıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, Efiopiya hökuməti təsirə məruz qalan ərazilərdə təxminən 80 min insanın yaşadığını və ən həssas insanların müvəqqəti sığınacaqlara köçürüldüyünü bildirib.
"Zəlzələlərin sayı maqnituda və tezliyə görə artır", - deyə məlumatda bildirilir.
Dəymiş ziyanı qiymətləndirmək üçün əraziyə ekspertlər göndərilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, son zəlzələ 4,7 bal gücündə, saat 12:40 radələrində Oromiya əyalətinin Metehara şəhərindən təxminən 33 kilometr şimalda baş verib.
Zəlzələlər evlərə ziyan vurub və Afar bölgəsindəki Segento yaxınlığında əvvəllər sönmüş Dofan vulkanını oyadıb.
Milli.Az