Bu ölkədə ardıcıl güclü zəlzələ baş verdi: əhali köçürülür

5 Yanvar 2025 08:40

Efiopiyada ən güclüsü 5,8 bal olan silsilə zəlzələlərdən sonra təxliyə başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Efiopiya hökuməti təsirə məruz qalan ərazilərdə təxminən 80 min insanın yaşadığını və ən həssas insanların müvəqqəti sığınacaqlara köçürüldüyünü bildirib.

"Zəlzələlərin sayı maqnituda və tezliyə görə artır", - deyə məlumatda bildirilir.

Dəymiş ziyanı qiymətləndirmək üçün əraziyə ekspertlər göndərilib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, son zəlzələ 4,7 bal gücündə, saat 12:40 radələrində Oromiya əyalətinin Metehara şəhərindən təxminən 33 kilometr şimalda baş verib.

Zəlzələlər evlərə ziyan vurub və Afar bölgəsindəki Segento yaxınlığında əvvəllər sönmüş Dofan vulkanını oyadıb.

Milli.Az