Dünya

Dünyanın ən qoca sakini vəfat edib

4 Yanvar 2025 15:41
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada dünyanın ən qoca sakini sayılan Tomiko İtooka 116 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, dekabrın 29-da dünyasını dəyişən Tomiko "dünyanın ən qoca sakini" statusu 2024-cü ilin sentyabr ayında İspaniyada 117 yaşlı Mariya Branyas Moreranın vəfatından sonra verilmişdi.

Tomiko 23 may 1908-ci ildə Osaka şəhərində anadan olub və son illərini qocalar evində keçirib.

Qeyd edək ki, uzunömürlülük baxımından mütləq rekord fransız Janna Kalmana məxsusdur. Onun 122 il 164 gün ömür sürdüyü deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.