İran parlamentinin üzvü Məhəmmədrza Səbbağian parlamentin spikeri Məhəmməd Qalibafı sərt tənqid edib.
Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Belə ki, Məhəmmədrza Səbbağian ona "göstərişdən kənar danışmayın" deyərək xəbərdarlıq edən spiker Məhəmməd Bagir Qalibafa kəskin cavab verib:
"Sizin qədər heç kim qayda və nizamnamədən kənar hərəkət etmir".
M.Səbbağian bunu dedikdən sonra M.Qalibaf onun mikrofonunu söndürüb.
Millət vəkili isə buna cavab olaraq qışqıraraq parlament sədrinə, "Vallah, sən diktatorsan!" - söyləyib.
Milli.Az