Özbəkistan pilotlarının AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsini anmasını əks etdirən görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, görüntülərdə HY9701 saylı reysin Aktau hava limanı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramazdan öncə, zədəli halda, enişə cəhd edərkən cızdığı trayektoriya üzrə hərəkət etdiyi və bununla bu gün dəfn olunacaq J2 8243 reysini yerinə yetirən azərbaycanlı pilotların xatirəsini andığı əks olunub.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Təyyarədə olan pilotların hər ikisi - İqor Kşnyakin (kapitan) və Aleksandr Kalyaninov həlak olub və onlar bu gün Fəxri xiyabanda dəfn ediləcək. (Axar.az)
Milli.Az