Rusiya ordusu Yaponiya və Cənubi Koreya ilə mümkün müharibə üçün hədəflərin siyahısını hazırlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "Financial Times" gizli sənədlərə istinadla məlumat yayıb.
Nəşr bildirir ki, zərbə planlarına 160 obyekt, o cümlədən atom elektrik stansiyaları və digər mülki infrastrukturlar, eləcə də yollar, körpülər və zavodlar daxildir.
Sənədlər 2008-2014-cü illər arasında Rusiyanın şərq sərhədindəki potensial münaqişəyə hazırlıq məqsədilə zabitlərin təlimlərinə həsr olunmuş 29 gizli hərbi mənbədən götürülüb və hələ də Moskvanın strateji planları üçün aktual hesab olunur. (Teleqraf.com)
Milli.Az