Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidan telefon danışığı zamanı PKK/YPG terror təşkilatının Suriyaya sığınmasına icazə verilə bilməyəcəyini vurğulayıb.
"Türkiyə XİN rəhbəri həmçinin, Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səylərini dəstəklədiklərini bildirib", - məlumatda qeyd olunub.
Milli.Az