Hadisə

Pilotlarımızın göstərdiyi şücaət beynəlxalq mediada işıqlandırılır - Nazir

29 Dekabr 2024 11:32
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstər yerli, istərsə də xarici ekspertlərin gəldiyi yekdil qərar bundan ibarətdir ki, pilotlar həmin anda, həmin məqamda mümkün olan ən optimal enişi etməklə onlarla insanın həyatını xilas ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Azərbaycanın rəqəmsal və inkişaf naziri Rəşad Nəbiyev Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.

"Təyyarənin kapitanı İqor Kşnyakin və pilot Aleksandr Kalyaninovun və təyyarə bələdçisi Hökümə Əliyevanın cəsarəti, peşəkarlığı, şücaəti yalnız Azərbaycan mediasında deyili, eyni zamanda, beynəlxalq mediada da geniş şəkildə işıqlandırılır.

Sözün əsl mənasında, dünya bizim pilotların, aviasiyanın hazırkı səviyyəsinə qibtə ilə baxır. Biz hesab edirik ki, pilotlarımızın göstərdiyi şücaət, Azərbaycanın qəhrəmanlıq səhifəsində yeni iz buraxıb. Onların adı yalnız Azərbaycan aviasiyasına deyil, dünya aviasiya tarixinə qızıl hərflərlə yazılacaq", - o qeyd edib.

Xatırladaq ki, bu gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.