Türkiyə

Türkiyəli deputatlar Abdullah Öcalanla görüş keçirdi - FOTO

29 Dekabr 2024 11:50
Baxış: 1 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya) İstanbuldan olan deputatı Sırrı Süreyya Öndər və Vandan olan deputatı Pervin Buldan həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüblər.

Milli.Az Türkiyə mətbuatına istindən xəbər verir ki, nümayəndə heyətinin Öcalanla görüşü 4,5 illik fasilədən sonra baş tutub və iki saat davam edib.

DEM Partiyasından bildirilib ki, görüşün məzmunu yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, siyasətçilər Abdullah Öcalanla görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və müsbət cavab almışdılar.

Xatırladaq ki, terror təşkilatı PKK-nın lideri Abdullah Öcalan 1999-cu il fevralın 15-də Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı ilə Keniyada yaxalanaraq Türkiyəyə gətirilib. O, terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilsə də, daha sonra hökm ömürlük həbs cəzası ilə əvəz olunub.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.