Dünya

Dünyanın ən qorxulu gölü - Toxunanlar daşa dönür - FOTO

28 Dekabr 2024 16:54
Baxış: 1 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanzaniyada yerləşən Natron gölü dünyanın ən təhlükəli gölü kimi tanınır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, yüksək qələvilik və duz konsentrasiyası ilə seçilən bu göl canlılarla təmasda olduqda onları mumiyalayır. Qan-qırmızı rəngi və sahilindəki donmuş heyvan cəsədləri ilə Natron gölü həm qorxunc görüntüləri, həm də unikallığı ilə diqqət çəkir.

Natron gölü nəsli kəsilməkdə olan flaminqoların əsas çoxalma məkanıdır. Lakin, gölə düşən heyvanlar mineral qabıqlarla örtülərək duzda donmaq təhlükəsi ilə üzləşir. Bu göldə yalnız xüsusi bakteriyalar yaşayır və suyun qırmızı rəngini məhz bu bakteriyalar yaradır.

Gölün ölümcül xüsusiyyətlərinin əsas səbəbi yaxınlıqdakı Ol Doinyo Lengai vulkanıdır. Bu vulkan Yer kürəsində natrokarbonatit püskürən yeganə aktiv vulkandır. Natrokarbonatitlər gölə axaraq onun pH səviyyəsini 10-dan çox yüksəldir və gölün güclü qələviliyinə səbəb olur.

Fotoqraf Nik Brandt gölü təsvir edərək sahillərdə quşlar və yarasaların cəsədləri ilə rastlaşdığını bildirib. O qeyd edib ki, gölün suyu o qədər duzlu və sodalıdır ki, hətta film lentlərinin üzərindəki mürəkkəbi saniyələr ərzində silə bilir.

Natron gölü həm elmi araşdırmalar, həm də qorxunc xüsusiyyətləri ilə dünyanın ən unikal təbii fenomenlərindən biri olaraq qalır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.