Dünya

Baş nazir Rusiya qorxusuna görə qida yığmağa başladı - Maraqlı etiraf

28 Dekabr 2024 18:32
Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya dəfələrlə NATO ölkələrinə hücum etməyəcəyini və belə bir addımın məntiqli olmadığını bəyan etsə də, Danimarkanın baş naziri Frederiksen maraqlı etiraf edib.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen Rusiyanın mümkün hücumu qorxusuna görə üç günlük konservləşdirilmiş qida və ilkin tələbat mallarını ehtiyata yığdığını bildirib.

Frederiksen qeyd edib ki, o, bu tədbirləri ölkəsində Ukraynadakı kimi münaqişənin baş verəcəyindən deyil, Rusiyadan mümkün hibrid və ya kiberhücumlara görə atıb.

Baş nazir Rusiyaya milli təhlükəsizliyə təhdid kimi baxdığını iddia edərək, öz vətəndaşlarına təhlükəsizliklərinə üstünlük vermələri barədə xəbərdarlıq edib.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.