Dünya

Aktau şəhərində Azərbaycanın konsulluğu qarşısında həlak olanların xatirəsi yad edilib - FOTO

26 Dekabr 2024 15:50
Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak olanların xatirəsi Azərbaycanın konsulluğu qarşısında yad edilib.

Trend xəbər verir ki, bu barədə Mangistau vilayətinin İcra Hakimiyyəti tərəfindən müvafiq kadrlar paylaşılıb.

"Konsulluq binasına Qazaxıstan Xalqları Assambleyasının nümayəndələri, müxtəlif sahələrin təmsilçiləri, ictimai xadimlər, gənclər və Aktau sakinləri gələrək qardaş xalqın kədərini bölüşürlər. Aktau şəhərinin icra başçısı Abılkayır Baypakov başsağlığı kitabına qeyd yazaraq Azərbaycan xalqına dəstəyini ifadə edib. Vilayət rəhbərliyi də həlak olanların yaxınlarına başsağlığı verərək, Azərbaycan xalqına güclü olmağı diləyib, bu faciəli itki ilə bağlı onları dəstəkləyiblər", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.