Aktaudakı təyyarə qəzasından sağ çıxan ruslar Moskvaya təxliyə edilib, təyyarə Jukovskiyə çatıb.
Milli.Az xəbər verir ki, SHOT-un məlumatına görə, zərərçəkənlər Sklif, Vişnevski və Piroqov xəstəxanalarına yerləşdiriliblər:
Xəstəxanaya yerləşdirilən zərərçəkmişlərin siyahısı:
1. Ceyran Arsbayeva, 11 yaş, vəziyyəti orta-ağır, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, çanaq nahiyəsində çoxsaylı kontuziyalar, çanaq sümüyünün sınığı.
2. Mədinə Arsbayeva, 44 yaş, vəziyyəti son dərəcə ağır, mexaniki ventilyasiyada, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, qabırğanın çoxsaylı sınığı, çanaq sümüyü sınığı.
3. Ərbi Əndərov, 31 yaş, vəziyyəti son dərəcə ağır, süni nəfəs aparatında, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, qarın travması, üst çənə sınığı, qabırğaları sınıb.
4. Camila Bisliyeva, 54 yaş, vəziyyəti çox ağır, mexaniki ventilyasiyada, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, qarın nahiyəsinin qapalı travması.
5. Kristina Evstigneeva, 34 yaş, vəziyyəti orta ağır, qapalı kəllə-beyin travması, beyin silkələnməsi.
6. Mədinə Camaluilail, 49 yaş, vəziyyəti ağır, qapalı kəllə-beyin travması, qapalı döş qəfəsi zədəsi, beyin silkələnməsi, qabırğanın çoxsaylı sınığı, qapalı çanaq sınığı.
7. Zaur Məmmədov, 36 yaş, vəziyyəti orta-ağır, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, bud-çanaq oynağı burxulub.
8. Sübhonx Rəhimov, 48 yaş, üzünün aşınması.
9. Uvays Ediyev, 55 yaş, vəziyyəti orta ağır, qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi.
Qeyd edək ki, təyyarə qəzası nəticəsində 28 yaşlı Ural Hava Yollarının stüardessi Ramin Ağayev dünyasını dəyişib. O, həftə sonu ailəsinə baş çəkmək üçün Bakıya uçmuşdu və dekabrın sonunda işə qayıtmalı idi.
Nərmin
Milli.Az