Dollarla bağlı yeni qərar verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kim, "Federal Ehtiyatlar Sistemi" ("FED") faiz dərəcəsində 25 baza bəndi azalma olduğunu elan etdi. Federal fond dərəcəsi 4,75%-dən 4,50%-ə endirildi.
FED uzunmüddətli dövrdə maksimum məşğulluq və 2% inflyasiya hədəfləməkdədir. Məşğulluq və inflyasiya hədəflərinə çatmaqla bağlı risklərin təxminən tarazlıqda olduğu hesab edilir. İqtisadi mənzərə qeyri-müəyyənliyini qoruyur və Komitə həm məşğulluq, həm də inflyasiya ilə bağlı risklərə diqqət yetirir.
Bu hədəfləri dəstəkləmək üçün Komitə federal fond dərəcəsi hədəf aralığını 25 baza bəndi azaldaraq 4,50% səviyyəsinə endirmək qərarına gəlib.
Manatın dollara qarşı məzənnəsi bu tarixə kimi dəyişməyəcək
FED-in bu və gələcək üçün elan etdiyi qərarlar qlobal maliyyə bazarında ciddi təşvişə səbəb olub.
Bəs FED-in bu qərarı nəyə hesablanıb?
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu qərar sürpriz deyildi:
"Əsas məsələ FED başqanı Cerom Pavelin çıxışındakı sərtlikdir. Təsadüfi deyil ki, maliyyə bazarları məhz bundan çox narahat oldu. Çünki hamıda belə bir fikir var idi ki, mətbuat konfransında Cerom Pavel, 2025-ci ildə ən azı 4 faiz endiriminə gediləcəyi ilə bağlı anons verəcək. Amma, o çıxışında qeyd etdi ki, 2025-ci ildə ən yaxşı halda 2 dəfə, yəni 8 toplantı olacaq. Onun da yalnız ikisində endirimə gedilə bilər. Bu da qlobal bazarlarda belə bir fikir yaratdı ki, dolların yumşaldılması və yaxud kredit faizlərinin aşağı çəkilməsi prosesi uzanacaq".
Natiq Cəfərli deyib ki, Trampın "ucuz dollar" istədiyi ilə bağlı gözləntilər var idi:
"Ona görə də növbəti ildə FED faizləri daha tez-tez aşağı salacaq ki, dünya bazarında digər valyutalar qarşısında dolların məzənnəsi aşağı düşsün. Tramp da bunu ona görə istəyirdi ki, dolların məzənnəsinin aşağı düşməsi ABŞ iqtisadiyyatına müsbət təsir edəcək. Yəni istehsalla ixracat stimullaşacaq.
Amma bunlar gözləntilər, proqnozlar idi. Lakin bu proqnozlar özünü doğrultmadı. Bununla belə baş verənlər hələ onu deməyə əsas vermir ki, 2025-ci ildə məhz bu addımlar atılacaq. Ola bilsin ki, növbəti ildə FED 2,3 və hətta 4 dəfə faiz endiriminə getsin. Təbii ki, bütün bunlar qlobal trendlərə bağlı məsələdir".
Bəs, baş verənlər Azərbaycan manatına necə təsir edəcək?
Müsahibimiz bildirib ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir:
"Bu mənada hazırda dünyada baş verən proseslər manatın məzənnəsinə təsirsizdir. Gələn il manatla bağlı inzibati qaydada hansı qərarlar olacaqsa, biz də onu izləyəcəyik. Bununla yanaşı manatın məzənnəsinin yaxın 6-8 ayda dəyişməsi gözlənilmir. Amma 2025-ci ilin sonlarına yaxın neftin qiymətində kəskin ucuzlaşma baş verərsə və yaxud dollarla bağlı dünyada hansısa dalğalanma olarsa, bu zaman Mərkəzi Bank və Azərbaycan hökuməti manatın məzənnəsi ilə bağlı müvafiq qərar qəbul edə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
-
"Nəsr-2" əməliyyatı: İranın ABŞ-yə raket zərbələri (Video)
-
İordaniyada ABŞ bazasına hücum - 2 hərbçi öldü, 1-i itkin düşdü
-
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
-
Moskvaya kütləvi PUA hücumu: 61 yaralı var - (Video)
-
Konqoda eboladan ölənlərin sayı 860-ı keçib
XƏBƏR LENTİ
-
Tünd şokolad ürəyə necə təsir edir?
-
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
-
Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
-
Uzaq Şərq küçələrinin ulduzu: Tayland üsulu "Pad Kra Pao" resepti
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
Səyyahlar kütləvi şəkildə çemodanlarına tualet kağızı qoymağa başlayıblar
-
İsti havada rahat yatmağın 8 elmi yolu
-
"Nəsr-2" əməliyyatı: İranın ABŞ-yə raket zərbələri (Video)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
Günün qoroskopu: Bugünkü qərarlarınız həyatınızın gedişatına təsir edə bilər
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Duran komandasını məğlubiyyətdən xilas etdi
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
-
"Çalıkuşu"nun Feridesi Aydan Şener gözəlliyi ilə gənc qızlara meydan oxuyur (Foto)
-
Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
-
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi (Video)
-
İordaniyada ABŞ bazasına hücum - 2 hərbçi öldü, 1-i itkin düşdü
-
Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
-
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
-
"Azı 40 manat xərcləyirsən" - Elməddin Cəfərov
-
Moskvaya kütləvi PUA hücumu: 61 yaralı var - (Video)
-
Kərə yağı alarkən bunlara diqqət edin: Qablaşdırmadakı 3 vacib yazı
-
Konqoda eboladan ölənlərin sayı 860-ı keçib
-
Uşaqlarına zülm edən ana polisə çağırıldı





