Dünya

Avropa İttifaqından Suriya ilə bağlı mühüm qərar

20 Dekabr 2024 09:41
Baxış: 1 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəəs rejiminin süqutundan sonra Avropa İttifaqı (Aİ) ilk dəfə yüksək səviyyəli nümayəndə heyətini Dəməşqə göndərib.

Milli.Az xəbər verir ki, Aİ Şurasının yeni sədri Antonio Kosta paytaxtdakı diplomatik varlığın artırılacağını və region ölkələri ilə təmasların genişləndiriləcəyini açıqlayıb.

Aİ-nin əsas məqsədləri arasında Suriya ərazisinin bütövlüyünü qorumaq, insan hüquqlarına hörmət və dini-etnik azlıqların hüquqlarını təmin etmək var. Komissiya sədri Ursula fon der Leyen də Avropanın Suriyanın yenidən qurulmasına və humanitar ehtiyaclarının qarşılanmasına dəstək verəcəyini bildirib.

Dekabrın 8-dən etibarən Aİ-nin Dəməşqlə ehtiyatlı, lakin konstruktiv əlaqələr qurmağı planlaşdırdığı qeyd olunur.

Nərmin
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.