Dünya

Antoni Blinkendən İranla bağlı sensasiyalı açıqlama

19 Dekabr 2024 19:30
Baxış: 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın dövlət katibi Antoni Blinken Vaşinqtonun son 20 ildə İranda hakimiyyəti dəyişdirmək üçün etdiyi uğursuz cəhdlər barədə danışıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Blinken ABŞ-ın İran xalqını dəstəkləmək məqsədilə əhəmiyyətli vəsait sərf etdiyini və bununla ölkənin daxili siyasətinə təsir göstərməyə çalışdığını qeyd edib. Lakin ölkə xaricindən bu cür müdaxilələrin çətin olduğunu və nəticədə uğursuz olduğunu vurğulayıb.

Dövlət katibi ABŞ-ın İran məsələsində kənardan müdaxilə etmə cəhdlərinin ehtiyatla yanaşılması lazım olduğunu bildirib. Hazırda Vaşinqton və Tehran arasında diplomatik əlaqələrin tamamilə olmadığını da açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.