Dünya

Argentina Prezidenti bu ölkənin vətəndaşlığını aldı

14 Dekabr 2024 14:20
Baxış: 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Baş naziri Corciya Meloni Argentina Prezidenti Xavyer Mileyə İtaliya vətəndaşlığı təqdim edib.

Milli.Az xarici mediaya istinadən məlumat verir ki, Xavyer Miley dekabrın 13-də İtaliyaya səfər edib. O, Baş nazir Meloni ilə görüşərək "İtaliya Qardaşları" partiyasının illik qurultayında iştirak edib.

Xavyer Mileyin İtaliya kökləri var. Onun ata tərəfdən nənə və babası İtaliyanın cənubundakı Kalabriya əyalətindən Argentinaya mühacirət ediblər. Buna görə o, İtaliya vətəndaşlığını "jus sanguinis" - "qan hüququ" prinsipi əsasında əldə edib.

Bundan əlavə, Mileyin kiçik bacısı və siyasi məsləhətçisi Karina da İtaliya vətəndaşı olub.

Nəşrin məlumatına görə, Miley ikili vətəndaşlığı olan ilk Argentina Prezidenti deyil. Ondan əvvəl, 2015-2019-cu illərdə prezident olmuş Maurisio Makri də italyan köklərinə görə İtaliya vətəndaşlığına sahib idi.

Argentina Konstitusiyasına əsasən, prezidentlərin ikili vətəndaşlığa malik olmasına hər hansı bir qadağa yoxdur.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.