Əsəd Suriyadan necə qaçdı? - Sonu Səddam kimi olacaqdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suriyada rejim devrildi, Əsəd Rusiyaya qaçdı. Bəs bu prosesdə nələr yaşandı?
Milli.Az xəbər verir ki, amerikan mediasında yayımlanan xəbərlərə görə, Bəşər Əsədin Suriyadan Rusiyaya qaçışının arxasında Rusiya kəşfiyyatı dayanır. Müxaliflərin paytaxt Dəməşqə yaxınlaşması ilə Əsəd, sonunun Səddam Hüseyn və ya Müəmmər Qəddafi kimi olacağından qorxaraq ölkəni tərk edib.
Suriyada müxaliflərin əməliyyatları zamanı Bəşər Əsəd bir anda ortadan yoxa çıxmış, təyyarəsinin qəzaya uğradığı iddiaları ortaya atılmışdı. Qısa müddət sonra onun Rusiyada olduğu məlum oldu.
Amerikan Bloomberg saytının eksklüziv xəbərinə görə, HTŞ-nin (Heyət Təhrir əş-Şam) liderliyindəki müxaliflərin irəliləyişi zamanı Rusiya Əsədlə əlaqə saxlayıb.
Rusiya, Əsədi müharibəni uduzacağına inandırıb və ailəsi ilə birlikdə dərhal hərəkət edəcəyi təqdirdə ölkədən təhlükəsiz çıxış təmin etməyi təklif edib.
Əsədin Suriyadan qaçışı Rusiya kəşfiyyatı tərəfindən təşkil edilib. Adının açıqlanmasını istəməyən mənbələr, Əsədin təyyarəsinin izlənməməsi üçün transponderinin söndürüldüyünü qeyd ediblər.
Moskvanın Strateji Analizlər və Texnologiyalar Mərkəzinin rəhbəri Ruslan Puxov bildirib:
"Əgər Əsəd ölkəni tərk etməsəydi, onun taleyi Liviya lideri Müəmmər Qəddafi və ya İraq lideri Səddam Hüseyn kimi olacaqdı."
Rusiya Prezidenti Vladimir Putin isə Suriyada vəziyyəti proqnozlaşdıra bilməyən Rusiya kəşfiyyatına narazılığını bildirib.
Kremlə yaxın mənbələr, Putinin Rusiya kəşfiyyatının Suriyadakı hadisələri vaxtında necə aşkar edə bilməməsini sual etdiyini qeyd ediblər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bütün sosial müavinətlər ödənildi
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisası yeni obrazı ilə təəccübləndirdi – (Video)
-
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı - (Video)
-
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının mərkəzində 3 məşhur restoran fəaliyyətini dayandırdı





