Dünya

Suriyanın qanlı siması: Əsədin qatil komandiri tutuldu - FOTO

11 Dekabr 2024 14:57
Baxış: 1 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya müxalifətinin apardığı uğurlu əməliyyatlar nəticəsində 61 illik Əsəd rejimi süqut edib. Rejimin lideri Bəşər Əsəd Rusiyaya qaçsa da, onun komandirlərindən çoxu ələ keçirilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 2013-cü ildə Suriyada vətəndaş müharibəsi zamanı 41 silahsız mülki vətəndaşı qətlə yetirən Əsəd rejiminin komandirlərindən biri olan Saleh Ər-Ras Əbu Montajib da ələ tutulub.

Montajibin başçılıq etdiyi hərbi kəşfiyyat birliyi, 2013-cü ildə Dəməşqin cənubundakı Tadamon rayonunda 41 mülki şəxsi "xəndək edamları" adlanan bir şəkildə öldürüb. İnsanlar əlləri və gözləri bağlı halda çuxurlara atılıb, orada betonla basdırılaraq və ya yandırılaraq həyatlarına son qoyulub.

Bu hadisə beynəlxalq insan hüquqları təşkilatlarının diqqətini yenidən Suriyadakı müharibə cinayətlərinə yönəldib. Montajib və onun törətdiyi cinayətlər müharibə cinayəti olaraq qiymətləndirilir və ədalət qarşısında cavab verməsi tələb olunur.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.