Dünya

Süni intellekdən "Tramp Ukrayna müharibəsinə son qoya biləcək?" sualına maraqlı cavab

8 Noyabr 2024 08:16
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ChatGPT ABŞ-ın yeni prezidenti Donald Trampın Ukraynadakı münaqişəni sona çatdırmaq qabiliyyəti ilə bağlı sualı cavablandırıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.

Bot "Donald Tramp Ukraynadakı müharibəni bitirə bilərmi və o, Ukraynanın suverenliyini qoruyub saxlayaraq bunu necə edəcək?" sualına belə cavab verib:

"Ukraynanın yeni xəritəsi" - Qərbdə Zelenskinin Rusiyadan nə gözləyə biləcəyini söylədilər
Ramzan Kadırov Putinə qarşı "qan davası" elan edə bilər 
"Ukrayna münaqişəsinə bir neçə amil təsir edə bilər. Söhbət ilk növbədə Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında birbaşa danışıqlardan gedir. Tramp hər iki tərəfə danışıqlar aparmağa təzyiq edəcək və ehtimal ki, əlaqələrindən və təsirindən istifadə edərək, nizamlamada vasitəçilik edəcək."

ChatGPT həmçinin Trampın ABŞ-dan Ukraynaya hərbi yardımı azaltmaqla Zelinskini güzəştə getməyə sövq edə biləcəyini deyib.

Onun fikrincə ABŞ-ın yeni seçilmiş prezidentinin Rusiyaya qarşı sanksiyaları yumşaldacağı ehtimalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.