Dünya

Meymunçiçəyinin yeni ştamı ilə bağlı həyəcan: Yoluxma rekord həddə

5 Noyabr 2024 23:00
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada meymunçiçəyi virusunun yeni ştamına yoluxma halları artıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Səhiyyə Mühafizə Agentliyi (UKHSA) xəbər yayıb.

"Mpox Ib" virusu ilə iki yoluxma halı aşkar edilib. Beləliklə, təsdiqlənmiş halların ümumi sayı üçə çatıb", - deyə agentlikdən bildirilib.

Məlumata görə, hər iki yoluxan şəxs birinci xəstə ilə təmasda olub.

"Bu xəstələrlə təmasda olan şəxslərə test və lazım gələrsə, peyvənd təklif olunacaq. Xəstəlik əlamətləri yarandığı və ya test nəticələri müsbət olduğu təqdirdə onlara müalicə tövsiyələri veriləcək", - deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Britaniyada meymunçiçəyi ilə ilk yoluxma halı barədə oktyabrın sonunda məlumat verilib.

Yeri gəlmişkən Almaniyada da meymunçiçəyi virusunun yeni "Clade Ib" ştamına yoluxmanın ilk halı qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.