Dünya

93 yaşlı anası ilə paraşütdən tullandı - FOTO

3 Noyabr 2024 11:30
Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

58 yaşlı almaniyalı Lutz Birnbax paraşütlə tullanma üzrə təlimatçıdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, on mininci tullanışını xüsusi şəkildə qeyd etmək qərarına gəlib.

Belə ki, Birnbax növbəti tullanışını 93 yaşlı anası Mari-Luiza ilə birlikdə həyata keçirib.

Onlar 4000 metr hündürlükdən tullanıb.

Təqaüdçü üçün bu, oğlu ilə dördüncü tandem tullanışıdır.

O, bunu ilk dəfə beş il əvvəl, 88 yaşında olarkən etməyə cəsarət edib.

Oğlu ona söz verib ki, növbəti dəfə iki ildən sonra, anası 95 yaşını qeyd edəndə yenidən bunu təkrarlıyacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.