Dünya

Polşa XİN: Vətəndaşlarımız Ukraynadan daha vacibdir

2 Noyabr 2024 23:43
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşa hakimiyyəti Kiyevə hərbi yardımın çatdırılmasındansa, öz ölkə vətəndaşlarının təhlükəsizliyinə üstünlük verir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Biz müttəfiqlərimizin və dostlarımızın yanındayıq. Polşa Ukraynaya ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın toplamından daha çox tank göndərib. Bununla belə, tərəfdaşlarımız başa düşməlidirlər ki, bizim təhlükəsizliyimiz, polyakların təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir", - nazir "X" hesabında qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.