Dünya

Mişel Avropanı ayağa qaldırdı - Gürcüstandakı seçki operativ şəkildə...

27 Oktyabr 2024 23:46
Baxış: 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan məsələsi noyabrda Budapeştdə keçirilməsi planlaşdırılan Avropa Şurasının qeyri-rəsmi iclasının gündəliyinə daxildir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləru Avropa Şurasının Prezidenti Şarl Mişel X sosial şəbəkəsindən yazıb.

"Gürcüstanda keçirilən parlament seçkilərindən sonra mən Gürcüstan məsələsini Avropa Şurasının Budapeştdə planlaşdırılan qeyri-rəsmi iclasının gündəliyinə daxil etmək qərarına gəldim", - Mişel bildirib.

O qeyd edib ki, Gürcüstandakı seçki pozuntuları tez, şəffaf və müstəqil şəkildə ciddi şəkildə araşdırılmalıdır.

Mişelin yanaşması bu tezislər üzərində qurulub:

- Avropa Şurası ATƏT/DTİHB müşahidə missiyası tərəfindən seçkilərin ilkin qiymətləndirilməsini qəbul etdi;

- Avropa Şurası Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər qurumları bütün pozuntuları və bununla bağlı ittihamları operativ şəkildə araşdırmağa çağırır;

- AB Gürcüstan rəhbərliyini Avropa Şurasının iyun və oktyabr aylarında keçirilmiş iclaslarının nəticələrinə uyğun olaraq Avropa kursuna sadiqliyini təsdiqləməyə çağırır.

Mişelin sözlərinə görə, noyabr görüşündə Avropa Şurası mövcud vəziyyəti qiymətləndirəcək və Gürcüstanla münasibətlərdə gələcək addımları müəyyən edəcək:

"İndiki mərhələdə bütün siyasi qüvvələr arasında konstruktiv və inklüziv dialoq xüsusilə vacibdir".

ATƏT DTİHB, ATƏT PA, AŞPA, NATO PA və Avropa Parlamentinin birgə missiyasının qənaətinə görə, Gürcüstan parlamentinə seçkilərin proseduru yaxşı təşkil olunub, səs vermək üçün geniş seçim olub, ancaq partiyaların maliyyələşdirilməsində bir balanssızlıq, dövlət məmurlarına təzyiq və çox sayda seçici qorxutma halları var.

Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası 54,2 faiz səslə qalib gəlib. Parlamentə düşən 4 müxalif partiyası isə seçkilərin nəticəsini tanımaqdan imtina edib. Bundan əlavə, müxalifəti dəstəkləyən QHT-lər də seçkilərin saxtalaşdırıldığını elan ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.