Rusiya qüvvələrinin Ukraynadakı növbəti hədəfi Zaporojye ola bilər.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Ekonomist" yüksək rütbəli ukraynalı məmura istinadən yazıb.
"Eyni mənbə göstərir ki, Rusiya Ukraynanın 2024-cü ilin avqustunda Kursk bölgəsində ələ keçirdiyi ərazilərin yarısını artıq geri qaytarmış ola bilər ki, bu, Ukraynanın 2023-cü il uğursuz əks-hücumundan sonra yeganə əhəmiyyətli irəliləyişidir", - nəşr bildirib.
Qeyd olunur ki, döyüş meydanında hər şey "qorxulu" görünür. Rusiya həddindən artıq yüksək itkilərə baxmayaraq, 1000 kilometrlik cəbhə xətti boyunca bir neçə nöqtədə eyni vaxtda əhəmiyyətli irəliləyiş əldə edir. ABŞ-ın hesablamalarına görə, işğalçılar Ukraynada artıq 600 min (ölü və yaralı) əsgər itirib.
"Rusiya Ukraynanın şərqində mühüm logistika mərkəzi olan Pokrovskı mühasirəyə alaraq cənuba doğru irəliləməklə Uqledar ətrafındakı yüksəkliklərə nəzarət edir", - nəşr vurğulayıb.
Milli.Az