Dünya

Türkiyədə zəlzələ neçə binaya ziyan vurdu?

17 Oktyabr 2024 11:23
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində 555 binaya ziyan dəyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murad Kurum məlumat yayıb.

Nazir bildirib ki, zəlzələ nəticəsində Elazığda 20 binaya ağır, 517 binaya isə yüngül ziyan dəyib:

"Eyni zamanda Malatyada da 18 bina yüngül zərər görüb".

Qeyd edək ki, ötən gün Türkiyənin Malatya vilayətinin Qala rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.