Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran səmimi, həqiqi heç bir addım atmaz. Nəsrullahın da öldürülməsinə cavab olaraq hansısa tədbir görməyəcək. Çünki İran dövləti bu baş verənlərin hamısından xəbərdardır. Tehran hökuməti öz ərazisinə, torpaqlarına heç nə olmaması, təhlükənin daxili sərhədlərinə gəlib çatmaması üçün onları qurban verir.
Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Hizbullah lideri Həsən Nəsrullahın ölüm xəbərləri və İranın mümkün cavabı haqda danışarkən deyib.
O bildirib ki, Tehran rejimi ənənəvi siyasətinin davamı kimi bundan sonra da maliyyələşdirdiyi silahlı qruplaşmaların yeni rəhbərlərindən fiqur kimi istifadə edəcək:
"İranın məlumatı, nəzarəti və təsdiqi olmadan hansısa hadisənin baş verməsi, məncə, mümkün deyil. Hizbullah liderinin yeri ilə əlaqədar bütün məlumatlar bəllidir. İqamətgahı bəlli olduğu halda belə bir hadisənin baş verməsi heç bir məntiqə uyğun gəlmir. Sadəcə olaraq İran üçün bu fiqurların dəyişmə vaxtı gəlmişdi. Tehran hökuməti öz ideologiyasına, "fars hilalı"na, imperialist idarəetməsinə boyun əyəcək, xidmət göstərəcək yeni fiqurlarla yoluna davam edəcək. Ona görə ki, adıçəkilən liderlər uzun müddətdir vəzifədə idi və ara-sıra İranın nəzarətindən kənara çıxırdılar. Bir sözlə, öncə Haniyə (HƏMAS Siyasi Bürosunun rəhbəri - red.), indi isə Nəsrullahın öldürülməsi bu qruplaşmanın sonunu gətirməz. Qruplaşma yeni aktorlarla fəaliyyətinə davam edəcək. Öldürülən insanların yerinə gətirilənlər də İran nəzarətində, Tehran hökumətinin idarəetməsi altında, fars ideologiyasına xidmət edəcək. Bunların hamısı razılaşdırılmış döyüşlər, nəzarət çərçivəsində sərgilənən davranış şəklidir. Ona görə də düşünmürəm ki, İran buna çox sərt reaksiya versin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





