Dünya

İran İsrailə qarşı böyük müharibəyə başlayır? - ABŞ şok detalları AÇIQLADI

27 Sentyabr 2024 20:25
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsrailin Qəzza soyqırımı ilə başladığı, İran və Livanda sui-qəsdlərlə davam etdirdiyi regional müharibəni yaymaq siyasəti Livanı işğal etmək üçün irəliləyir".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu "Haberglobal"-a açıqlamasında təqaüddə olan amerikalı admiral Skot Devidson deyib. O, hazırda bölgədə baş verən hadisələrin gedişatını dəyələndirib.

Devidsonun sözlərinə görə, İsrailin mümkün işğal cəhdi hüquqi cəhətdən müstəqil dövlətə hücum deməkdir:

"Uzun müddətdir daxili qarışıqlıqlar yaşasa da, Livan müstəqil ölkədir. Hizbullahın qeyri-sabit ölkədə mövcudluğu hər keçən il daha aydın görünür. Dünya sonuncu dəfə belə bir vəziyyətə Əfqanıstanda şahid oldu. Livana xarici müdaxilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan bir dövlətin müstəqilliyinə hücum sayılır. Quru əməliyyatı isə böyük mülki itkilər və yaşayış məntəqələrinin dağıdılması deməkdir".

Devidson böyük İsrail-İran müharibəsinin olacağını proqnozlaşdırmadığını qeyd edib:

"İranın İsraili təkbaşına məhv etmək gücü yoxdur. Dəstək verən ölkələr ABŞ-ın Yaxın Şərqdəki quru, hava və dəniz qüvvələri ilə birbaşa münaqişəyə girə bilməzlər. Münaqişələrin tarixini nəzərə alsaq, görünür ki, onlar nəzarətdən çıxır, lakin böyük qırılma nöqtəsi hələ baş verməyib.

İranın hava və quru qüvvələri hələ də birbaşa hərbi təşəbbüs göstərməyib. Bu baş verərsə, vəziyyət həm İran, həm İsrail, həm də ABŞ üçün nəzarətdən çıxacaq. Düşünmürəm ki, Tehran öz nəzarətində olan təşkilatlardan başqa birbaşa əməliyyata başlasın".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.