İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad bildirib.
"İsrailin Livanın cənubuna hücumu nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1 024 nəfər isə yaralanıb", - o qeyd edib.
-------
18:17
İsrail ordusu Livanda "Hizbullah" hərəkatının obyektlərinə zərbələr endirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Walla" portalı yayıb.
Bildirilib ki, İsrailin Müdafiə ordusu hücumlara hazırlıq əlamətləri müşahidə etdiyindən hərəkatın obyektlərini vurub.
Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində 300-dən çox şəxsin isə yaralandığını açıqlayıb.
Zərbə nəticəsində həlak olanların sayı 182-yə, yaralıların sayı isə 727 nəfərə çatıb.
Yaralılardan əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Bununla yanaşı, ölənlərin sayının artacağı istisna edilmir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun