Livana zərbə endirildi - 274 ölü var - YENİLƏNİB

23 Sentyabr 2024 20:15

İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad bildirib.

"İsrailin Livanın cənubuna hücumu nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1 024 nəfər isə yaralanıb", - o qeyd edib.

-------

18:17

İsrail ordusu Livanda "Hizbullah" hərəkatının obyektlərinə zərbələr endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Walla" portalı yayıb. 

Bildirilib ki, İsrailin Müdafiə ordusu hücumlara hazırlıq əlamətləri müşahidə etdiyindən hərəkatın obyektlərini vurub.

Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində 300-dən çox şəxsin isə yaralandığını açıqlayıb.

Zərbə nəticəsində həlak olanların sayı 182-yə, yaralıların sayı isə 727 nəfərə çatıb. 

Yaralılardan əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Bununla yanaşı, ölənlərin sayının artacağı istisna edilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun