Dünya

Makronun qürub çağı - Reytinq problemi yaşayır

22 Sentyabr 2024 16:00
Baxış: 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makronun reytinqi 2018-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "Le Journal du Dimanche" Fransa İctimai Rəy İnstitutunun ictimai rəy sorğusuna istinadən yazır.

Məlum olub ki, sorğuda iştirak edənlərin yalnız dörddə biri Makronun ölkə prezidenti kimi fəaliyyətindən razı qalıb, respondentlərin 75 faizi isə Makronun prezidentlik fəaliyyətini mənfi qiymətləndirib. Sorğuda təxminən 2,1 min yetkin fransızın iştirak etdiyi bildirilib.

Maraqlıdır ki, Fransa dövlət başçısına qarşı əsas şikayətlər onun xalqın fikrinə hörmətsizlik etməsi və ölkədə xaosa səbəb olan parlamentin buraxılmasıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.