Dünya

Rusiyadan İsrailə xəbərdarlıq: Sizi bağışlamayacaqlar!

20 Sentyabr 2024 22:45
Baxış: 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi İsrail rəsmilərinin onlar üçün hər şeyin bağışlanması xəttinə sadiq qalması pis tendensiyadır, İsrailin Qəzzada fəaliyyəti qəbuledilməzdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov "Skay Nyus Arabia"ya müsahibəsində deyib.

"Bəzi xadimlərin yəhudi xalqının Holokost qurbanı olduqlarını, onların üçün hər şeyin bağışlanacağını rəhbər tutması mənfi tendensiyadır. Bu, Hitler Almaniyasına və ideologiyasına xas olan eksklüzivliyin əlamətidir. İsraildə çoxlu dostum var. Onların əksəriyyəti başa düşür ki, Fələstin dövlətinin yaradılması məsələsi həll olunmalıdır və Fələstin xalqının təbii hüquqlarını boğmaq olmaz", - deyə Lavrov bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.