Dünya

Livanda yaralanan İran səfiri ölkəsinə aparıldı

19 Sentyabr 2024 12:13
Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanda rabitə cihazlarında baş verən partlayışlar nəticəsində yaralanan İranın bu ölkədəki səfiri Moctəba Əmani vətəninə aparılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.

Qeyd edilib ki, səfir müalicə prosesini başa çatdırmaq üçün vətəninə aparılıb.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda çoxsaylı rabitə cihazlarında partlayışlar baş verib. Məlumata görə, mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar və s. partlayışlara səbəb olub.

Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə baş verən partlayışlar nəticəsində 30 nəfər ölüb, 450-dən çox insan yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.