Baxmutda xidmət edən 23 yaşlı ukraynalı tankçı qadın...- "Yalnız sakit həyat istəyirəm..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna ordusunun 30-cu əlahiddə mexanikləşdirilmiş briqadasının hərbi qulluqçusu, bölük komandirinin silahlar üzrə müavini 23 yaşlı Viktoriya Biryuk hazırda Baxmut istiqamətində döyüşür.
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, ukrayın hərbçi qadın öz xidməti haqqında"Suspilna Donbas" kanalına danışıb.
"İşim - ixtisasım üzrə - texnikanın döyüşə hazır vəziyyətdə saxlanılmasıdır. Mən baxıram ki, birincisi, texnikadan düzgün istifadə olunsun. İkincisi, o, nasaz olmasın. Nəsə nasazlıq olarsa, o zaman kömək edirəm ki, təmir olunsun. Ehtiyat hissələri üçün sifariş verirəm və əlbəttə ki, metodik olaraq kömək edirəm", - deyə Viktoriya nəql edir.
Onun vəzifələrinə mexaniklərin hazırlanması da daxildir.
"Daim mexaniklərlə dərslər keçirməliyik. Çünki texnika işlədirsinizsə, bəzən bir şey unudulur, yada salmaq gərəkdir. Və ya yeni kadrlar gəlir - avadanlıqların işləməməsinə səbəb olan səhvlərə yol verməmək üçün kifayət qədər bilikləri olmur", -deyə hərbçi qadın bildirir.
O, ordudakı həyatdan da danışıb.
"Çətindir. Özünün ayrıca otağın yoxdur, normal çarpayın yoxdur ki, orada rahat, necə istəyirsən, yatasan. İsti su yoxdur, daim soyuqla yuyunmalısan..."
Viktoriya deyir ki, "burada makiyaj etməyin mənası yoxdur. Çünki tozun içində tankla gəzəndən sonra ondan əsər-əlamət qalmır".
"Və saç düzümü... Burada heç kəs zülflərini müxtəlif formaya salmır - biz meşədə gəzirik... Uniformam isə lazım olduğundan böyük ölçüdə verilmişdi və sonra mənə rahat olsun deyə özüm tikdim", - tankçı qadın belə deyir.
Onu evdə anası və kiçik qardaşı gözləyir. Digər qardaşı və bacısı da orduda xidmət edir, başqa bir qardaşı hərbçi olmaq üçün oxuyur. Həyat yoldaşı da hərbçidir.
"Müharibədən sonra orduda qalıb xidmət edib-etməmək barədə hələ qərar verməmişəm. Belə isə... Mən sadəcə sakit həyat istəyirəm. Çox sakit bir yerdə öz şəxsi evim olmasını arzulayıram",- deyə ukraynalı hərbçi qadın ah çəkərək söyləyir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
Bu qoç 1 milyon dollara satıldı
XƏBƏR LENTİ
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)





