Dünya

Mask Tramp üçün milyonlar xərcləyib

16 Sentyabr 2024 12:17
Baxış: 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-li sahibkar İlon Mask tərəfindən yaradılan siyasi komitə bir ay ərzində prezidentliyə namizəd Donald Trampın təbliğatına 30 milyon dollar xərcləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat verib.

Qeyd olunub ki, komitə mübahisəli ştatlarda xüsusilə fəaldır. Bunlar nə demokratların, nə də respublikaçıların açıq üstünlüyə malik olmadığı subyektlər hesab olunur. Bu ştatlara Arizona, Viskonsin, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Şimali Karolina aiddir. Nəşrin qeyd etdiyi kimi, Maskın komitəsinin fəal işi sahibkarla siyasətçi arasında "siyasi ittifaq"ın gücləndiyini göstərir.

"Aktivliyin bu dərəcədə artması Maskın keçmiş prezidentlə artan siyasi ittifaqını bir daha nümayiş etdirir. Milyarder və onun maliyyələşməsi Trampın yenidən seçilmək səylərində əsas rol oynayır", - materialda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.