Dünya

Lukaşenko: Ermənistanla münasibətlərin pisləşməsində günahımız yoxdur

12 Sentyabr 2024 15:53
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanla münasibətlərdə bu vəziyyətin yaranmasına rəsmi İrəvanın Qərbə və Avropa İttifaqına meyl etməsi rol oynayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O vurğulayıb ki, baş verənlərə baxmayaraq, şəxsən özü ikitərəfli əlaqələrin davam etdirilməsində maraqlıdır:

"Bizimlə Ermənistan arasında əvvəlki kimi mehriban münasibətlərin qurulması yaxşı olardı. İnanın ki, bu vəziyyətin yaranmasında bizim heç bir günahımız yoxdur. Biz Ermənistana kömək etməyə çalışır, yaxından əməkdaşlıq edirdik. Lakin gördük ki, rəsmi İrəvan Qərbə və Avropa İttifaqına yönəlməyə başladı".

Qeyd edək ki, Belarus və Ermənistanın münasibətləri iyunun ortalarından etibarən pisləşib. Nəticədə hər iki ölkə səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Lukaşenkonun hakimiyyəti dövründə Belarusa səfər etməyəcəyi barədə bəyanat verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.