Dünya

Aİ rəsmisi: Rusiya qazından imtina etməyə hazırıq

11 Sentyabr 2024 21:55
Baxış: 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı (Aİ) Rusiya qazından imtina etməyə hazırlaşıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib.

"Aİ tranziti Ukrayna vasitəsilə həyata keçirilən Rusiya təbii qazı olmadan yaşamağa hazırdır", - o bildirib.

K.Simsonun sözlərinə görə, tədarük həcminin 2021-ci ildəki 45 %-dən 2023-cü ildə 15 %-ə qədər azalmasına baxmayaraq, bu göstərici hələ də yüksəkdir.

Qeyd edək ki, Ukrayna vasitəsilə Rusiyadan Avropaya qaz tranziti ilə bağlı müqavilənin müddəti bu ilin sonunda başa çatır. Ukrayna tərəfi onu uzatmayacağını dəfələrlə bəyan edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.