Dünya

Putin Türkiyəyə səfər üçün şərt qoydu - Şok iddia

11 Sentyabr 2024 09:28
Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gedərkən təyyarəsinin qırıcılarla müşayiət olunmasını istəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Middle East Eye" nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Putin Ukraynanın onun təyyarəsinə uçuş marşrutu boyunca hücum edə biləcəyi ehtimalından ehtiyat edərək, Rusiya döyüş təyyarələrinin mühafizəsi altında Türkiyəyə uçmaq istəyir. Məhz bu səbəbdən Rusiya prezidentinin Ankaraya səfəri gecikir.

Nəşrin qeyd etdiyi kimi, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər.

Mənbə aydınlaşdırıb ki, Türkiyə Putinin səfəri üçün hava hücumundan müdafiə sistemlərini söndürmək və ya dəyişdirməyi planlaşdırmır. Son müzakirələrdə Rusiya prezidentinin oktyabrın ilk həftəsində gəlişi ehtimalı nəzərdən keçirilir, lakin yeni tələblər mümkün səfəri çətinləşdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.