Dünya

Belarus və Rusiya 25 illik müqaviləni təzələyir

2 Sentyabr 2024 21:09
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarus və Rusiya arasında təhlükəsizlik zəmanəti sazişinin 2024-cü ilin dekabrında imzalanması planlaşdırılır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov ölkə Prezidenti yanında İdarəetmə Akademiyasında tələbələr qarşısında çıxışı zamanı deyib.

"Bu ilin dekabrında qeyd edəcəyimiz İttifaq Dövləti haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü üçün biz Rusiya ilə təhlükəsizlik təminatlarına dair dövlətlərarası saziş imzalamağı planlaşdırırıq", - deyə nazir bildirib.

O qeyd edib ki, müqavilədə nüvə və adi silahlardan istifadə prinsipi, eləcə də hər iki dövlətin müdafiəsinin digər üsullarını ortaya qoyacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.