Dünya

Teleqramın bu funksiyası rusiyalı istifadəçilər üçün bağlandı

1 Sentyabr 2024 00:36
Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada iOS, Android sistemlərində smartfon istifadəçiləri üçün Teleqram messencerində yaxınlıqdakı insanların axtarışı funksiyası fəaliyyətini dayandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, bəzi istifadəçilər üçün funksiya açılmır və yaxınlıqdakı messencer istifadəçilərini tapmaq imkanı vermir.

Həmçinin, insanların axtarışı funksiyasını yandırdığınız zaman digər istifadəçilər görünmür. Eyni zamanda, smartfonlarda aktivləşdirilmiş geolokasiyanın aşkarlanması funksiyası messencerdə mobil proqram vasitəsilə axtarış imkanına heç bir şəkildə təsir göstərmir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.