Dünya

"Bu adam" 28 ildir hava limanında yatır - Görənlər gözlərinə inanmırlar

30 Avqust 2024 06:39
Baxış: 3 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Orlando Beynəlxalq Hava Limanında qoyulmuş bir heykəl gəlib- keçən hər kəsi illərdir təəcübləndirir.

Milli.Az bildirir ki, lent.az-ın xəbərinə görə, yatmış adamı  formasında hazırlanmış və "Səyyah" adı verilmiş bu heykəli real insandan ayırmaq çətindir. 

Gəlib keçənlərə onun heykəl olmasını yalnız şüşə arxasında dayanması ilə sübut eləmək olur. Hava limanında  çantaları ilə birlikdə yerə oturub mürgüləyən kişi öz uçuş vaxtının çatmasını gözləyir.

Heykəltaraş  Duane Hanson tərəfindən 1996-cı ildə hazırlanmış bu hiperrealis sənət əsəri  hava limanının ən maraqlı və diqqətçəkən aksessuardır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.