Dünya

Məşhur avtobloqerə minlərlə dollar cərimə gəldi

29 Avqust 2024 14:47
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur rusiyalı avtobloqer Mişa Litvin son 10 ayda 374 dəfə yol hərəkəti qaydasını pozduğuna görə 416 min rubl (4.5 min dollar) məbləğində cərimələnib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bütün bu cərimələri o, sürücülük vəsiqəsini ikinci dəfə əldə etdikdən sonra "qazanıb". Belə ki, M.Litvin hələ 2021-ci ildə sürücülük vəsiqəsindən məhrum edilib. Avtobloqer 2023-cü ildə təkrar imtahan verərək yeni sürücülük vəsiqəsi əldə edib və bir neçə ay ərzində dəfələrlə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub.

Avtobloqer, əsasən, sürət həddini aşma, yol xətlərinin tələbini, həmçinin dayanma, durma və parklanma qaydalarını pozduğuna görə cərimələnib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.