Dünya

Şaurma yeyən 11 yaşlı qız öldü

1 Sentyabr 2024 15:00
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tatarıstan Respublikasının Tetyuşi şəhərində 11 yaşlı məktəbli Lenin küçəsində yerli mağazadan aldığı şaurmanı yedikdən sonra ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, qız şaurma yedikdən iki gün sonra şiddətli ürək bulanmasından şikayət edib. Yaxınları onu xəstəxanaya aparıb, həkimlər ona zəhərlənmə diaqnozu qoyublar.

Həkimlər məktəbli qızın həyatı üçün beş gün mübarizə aparsalar da, nəticəsi olmayıb. Qız avqustun 27-nə keçən gecə dünyasını dəyişib.

Qeyd olunur ki, şaurmanın alındığı müəssisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.