Dünya

İsrail ordusu xaricdən könüllü hərbçilərin cəlb edilməsini gözləyir

22 Avqust 2024 21:29
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Silahlı Qüvvələri xarici ölkələrdən yəhudilərin repatriasiyası proqramı çərçivəsində xaricdən 300-dən çox könüllünün gəlməsini gözləyir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, könüllü hərbçilər "Garin Tzabar" proqramı (valideynləri İsraildə yaşamayan tənha əsgərlər üçün repatriasiya) çərçivəsində avqustun sonunda ölkəyə gəlməlidirlər.

Həmçinin ABŞ (175 nəfər), Kanada (24) və Böyük Britaniyadan (11) da çoxlu sayda hərbçinin gələcəyi gözlənilir.

Orduya cəlb edilənlər arasında Avstriya, Azərbaycan, Argentina, Venesuela, Almaniya, Cəbəllütariq, Meksika, Tayland, Ekvador və Cənubi Afrikadan olan şəxslər də yer alır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.