Dünya

BMT nüvə silahından istifadənin ciddi riskindən narahatdır

21 Avqust 2024 21:28
Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT-nin baş katibi Antonio Quterreş nüvə silahından istifadənin ciddi riskindən son dərəcə narahatdır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ-nin Çinlə bağlı məxfi strateji planı barədə xəbərləri şərh edərkən deyib ki, BMT nüvə təhlükəsini aradan qaldırmaq üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayır.

Bundan əvvəl "The New York Times" məlumat yayıb ki, ABŞ Prezidenti Cozef Bayden mart ayında gizli strateji nüvə planını təsdiqləyib. Burada ilk dəfə olaraq Çinin nüvə arsenalları artdıqca, onun cilovlanmasından danışılır. Belə bir sənədin qəbulu Pentaqonun növbəti onillikdə Çinin ehtiyatlarının həcminə və çeşidinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağına dair fərziyyəsi ilə əlaqələndirilir.

Qeyd edilib ki, Bayden Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarına hazırlaşmaq üçün də göstərişlər verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.