Dünya

Tramp: Baydenin yanlış siyasəti bu müharibənin qarşısını ala bilmədi

13 Avqust 2024 09:51
Baxış: 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Co Baydenin yanlış siyasəti və Ukraynanın NATO-ya üzv olacağı barədə fikirləri müharibənin qarşısını ala bilmədi".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ-nin 45-ci prezidenti Donald Tramp milyarder İlon Maska müsahibəsində deyib.

O deyib ki, Ağ Evin rəhbəri olduğu dövrdə Rusiya prezidentini dəfələrlə Ukraynaya hücum planından çəkindirməyə çalışıb.

Hakimiyyət olduğu dövrdə Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu xatırladan D. Tramp bildirib ki, prezident seçildikdən sonra Rusiya-Ukrayna hərbi qarşıdurmasını dayandıra biləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.